Borrell İsraili Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə çağırdı


Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozep Borrell İsraili Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında bildirib.
“Beynəlxalq Ədalət Məhkəməsinin qərarları tərəflər üçün məcburidir və onlar tam və effektiv şəkildə icra edilməlidir”, - Borrell bildirib.
Qeyd edək ki, cümə günü Beynəlxalq Ədalət Məhkəməsi İsraili Rəfaha hücumunu dayandırmağa, yardıma icazə vermək üçün Rəfah sərhəd-keçid məntəqəsini açmağa və beynəlxalq müstəntiqləri anklava buraxmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top