
Fransanın paytaxtı Parisin Rusiya səfirliyi ilə üzbəüz yerləşən Şantemess küçəsi rusiyalı müxalif siyasətçi Aleksey Navalnının şərəfinə adlandırılacaq.
Yeniavaz.com “BFM TV”yə istinadla xəbər verir ki, bu barədə Paris meri Ann İdalqo məlumat yayıb.
Məlumata görə, küçənin adının dəyişdirilməsi ilə bağlı qərar Paris Şurası tərəfindən yekdilliklə qəbul olunub.
Qeyd edək ki, 47 yaşlı A.Navalnı bu il fevralın 16-sında Yamalo-Nenets Muxtar Dairəsində yerləşən “Polyarnıy volk” xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.
Tətbiqimizi yükləyə bilərsiniz