Stoltenberq vahid Avropa ordusuna qarşı çıxdı


NATO-nun baş katibi Yens Stoltenberq Avropanın vahid ordusunun yaradılmasına qarşı çıxıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə Britaniyanın “The Economist” jurnalına verdiyi müsahibədə bildirib.
Baş katib belə bir strukturun alyansın yerinə yetirdiyi eyni funksiyaları yerinə yetirəcəyini vurğulayıb.
“Aİ NATO-nu əvəz edə bilməz, Aİ-dəki NATO ölkələri müdafiə xərclərinin 20%-nə cavabdehdir, 80%-i Aİ-dən kənar ölkələrdən gəlir”, - baş katib bildirib.
Stoltenberq Aİ-nin səylərini alqışladığını, müdafiə xərclərinin artırılmasına gəldikdə, NATO-nun çoxdan buna çağırdığını qeyd edib.
“NATO əsas struktur olmalıdır, lakin biz Aİ-nin səylərini alqışlayırıq, o vaxta qədər ki, onlar NATO ilə rəqabət aparmır və ya NATO-nu təkrarlamır", - NATO baş katibi deyib.
Qeyd edək ki, Vahid Avropa ordusunun yaradılması ideyası ən azı son on ildə meydana gəlib. 2023-cü ilin noyabrında isə Aİ diplomatik xidmətinin rəhbəri Cozep Borrell Aİ-nin 5000 nəfərlik çevik qüvvələrini 2025-ci ilə qədər tam əməliyyat hazırlığına gətirəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top