Ərdoğan Azərbaycanla bağlı bu protokolu təsdiqlədi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Resmi Gazete”də dərc edilib.
Qeyd edək ki, sözügedən protokol ötən il aprelin 29-da imzalanıb. Eyni ilin iyul ayında Prezident İlham Əliyev sənədi təsdiqləyib.
Bu ilin mayında isə yenilənmiş “Preferensial Ticarət Sazişi”nə daxil olan məhsulların adı açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top