Naxçıvana dotasiya 6,8 mln. manat azaldılır


Ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən yanacağın daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına çatdırılması məqsədilə çəkilən əlavə xərclərin qarşılanması üçün nəzərdə tutulmuş 6,8 milyon manat vəsait Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə təmin olunacaqdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində bildirilib.
Beləliklə, Naxçıvana dotasiyanın 343.3 milyon manatdan 336,5 milyon manata endirilməsi nəzərdə tutulur, və bununla dotasiya 6,8 milyon manat azaldılır.

DİGƏR XƏBƏRLƏR

Top