Putin Minskdə Lukaşenko ilə gecə saat üçə qədər söhbət edib


“Rusiya liderinin Minskə səfərinin ilk günündə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında söhbət gecə saat üçə qədər davam edib”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov ölkənin “Birinci Kanal”ına şərhində bildirib.
“Putinin Minskə səfəri zamanı, yəqin ki, rəsmi protokola uyğun gəlməyən ən vacib məsələ dünənki ünsiyyətdir, biz bunu deməmişik, amma liderlər gəcə üçə qədər oturublar. Çox yaxşı, zəngin və dərin ünsiyyət olub”, -Kreml nümayəndəsi deyib.
Peskov vurğulayıb ki, Belarus Rusiya Federasiyası ilə təkcə inteqrasiyanın ən qabaqcıl formasına deyil, həm də çoxşaxəli ikitərəfli əməkdaşlığa malik ölkədir.
Qeyd edək ki, Rusiya prezidenti mayın 23-də axşam saatlarında Belarusun paytaxtına ikigünlük rəsmi səfərə gedib. Liderlər geniş spektrli məsələləri, o cümlədən təhlükəsizlik məsələlərini, Belarus hərbçilərinin iştirakı ilə Rusiya nüvə təlimlərinin ikinci mərhələsini müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top