“Sərhədçilər delimitasiya olunmuş hissədə mövqe tutublar” – Paşinyan


“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunda delimitasiya olunmuş hissəsində mövqelərini tutublar”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib.
“Hörmətli vətəndaşlar, bu gündən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Tavuş rayonunun Berkaber kəndi boyunca 1,9 km uzunluğunda və Voskepar və Bağanis kəndlərində 4,9 km uzunluğunda dövlət sərhədinin mühafizəsini öz üzərinə götürüb”, - Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, sərhədin Kirants kəndi yaxınlığındakı 5,8 km-lik hissəsində iyulun 24-dək təhlükəsizlik “keçid sxemi” üzrə həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top