
“Ermənistan 2027-ci ildə MDB Oyunlarına ev sahibliyi etməyə hazır deyil, lakin onların 2029-cu ildə keçirilməsi imkanlarını nəzərdən keçirməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının Gümrüdə keçirilən iclasında bildirib.
Nazir müavini bildirib ki, artıq 2027-ci ildə Ermənistanda bir sıra iri idman tədbirlərinin keçirilməsi planlaşdırılır. O cümlədən, Frankofoniyanın idman və mədəni oyunlarının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, gimnastika üzrə Avropa çempionatı, ağır atletika üzrə dünya çempionatı və ümumerməni oyunlarının keçirilməsi nəzərdə tutulub.
“Ermənistan 2029-cu ildə MDB Oyunlarına ev sahibliyi etmək imkanını müzakirə etməyə hazırdır”, - Giloyan qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz