Xuçiyev Mişustinin köməkçisi oldu


Rusiyanın Baş naziri Mixail Mişustin Çeçenistan hökumətinin keçmiş rəhbəri Müslüm Xuçievi özünə köməkçi təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat yayıb. Sərəncam hələ hökumətin saytında dərc edilməyib.
“Mən şadam ki, Müslüm Xuçiyevin respublikamızda uğurla həyata keçirdiyi təcrübə və istedadına federal səviyyədə tələbat var”, - Kadırov yazıb.
Qeyd edək ki, 53 yaşlı Xuçiyev 2018-ci ilin iyunundan Çeçenistan hökumətinin sədri vəzifəsində çalışıb, bundan əvvəl isə Qroznı şəhərinin meri olub.
Mayın 21-də Kadırov bildirib ki, Xuçiyev başqa işə keçməsi ilə əlaqədar Çeçenistan hökumətinin başçısı vəzifəsindən istefa verib. Respublika hökumətinin sədri vəzifəsinə son altı ildə Xuçiyevin birinci müavini olmuş İsa Tumxadjiyev təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top