BƏM İsrailin Rəfahdakı hücumunu dayandırması barədə qərar qəbul etdi


Haaqa Beynəlxalq Məhkəməsi İsrailin Qəzza zolağının Rəfah şəhərinə hücumunu dərhal dayandırmağa qərar verib.
Yeniavaz.com
xəbər verir ki, 15 hakimdən 13-ü bunun lehinə, ikisi əleyhinə səs verib.
Bildirilir ki, qərar mülki şəxslərin müdafiəsi üçün görülən tədbirlərin qeyri-adekvatlığı ilə əsaslandırır.
Söhbət əvvəllər Cənubi Afrika və bir sıra digər ölkələrin fələstinlilərin soyqırımı ittihamları ilə bağlı qaldırdığı iddiada İsrailə qarşı təxirəsalınmaz müvəqqəti tədbirlərdən gedir. İsrail bunu rədd edir.
Yanvarda məhkəmə İsraildən fələstinlilərin soyqırımının qarşısını almaq üçün tədbirlər görməyi, soyqırım çağırışlarına yol verməməyi, Qəzzada törədilən mümkün cinayətlərin sübutlarını məhv etməməyi, həmçinin Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılmasına kömək etməyi tələb edib. Sonra o, İsrailin Qəzza zolağında HƏMAS qruplaşmasına (ABŞ və Aİ tərəfindən terrorçu kimi tanınan) qarşı hərbi əməliyyatının tam dayandırılmasını tələb etməyib. Hazırkı qərar bütün sektora yox, konkret olaraq Rəfaha aiddir.
İsrail HƏMAS təhlükəsinə qarşı özünü müdafiə etmək hüququna malik olduğunu israr edir.

DİGƏR XƏBƏRLƏR

Top