“Barselona” Xavini istefaya göndərdi – Yeni baş məşqçi kim olacaq?


İspaniyanın “Barselona” futbol klubu cari mövsümün sonunda komandanın baş məşqçisi Xavini istefaya göndərmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Digər tərəfdən, jurnalist Fabritsio Romano almaniyalı Hans-Diter Flikin Kataloniya komandasının yeni baş məşqçisi olacağını bildirib.
Qeyd edək ki, Xavinin 44 yaşı var və o, 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda İspaniya çempionu və 2023-cü il ölkə Superkubokunun qalibi olub.
Xavi 1998-2015-ci illərdə çıxış etdiyi “Barselona”nın yetirməsidir. Komandanın tərkibində o, səkkiz dəfə İspaniya çempionu, üç dəfə İspaniya kubokunun qalibi və dörd dəfə Çempionlar Liqasının qalibi olub. O, komandanın heyətində 767 oyun keçirib, 85 qol vurub və 185 məhsuldar ötürmə edib. İspaniya millisi ilə birlikdə Xavi dünya çempionu (2010) və ikiqat Avropa çempionu (2008, 2012), həmçinin 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.
Xatırladaq ki, “Barselona” son turdan əvvəl 82 ​​xal toplayıb və İspaniya çempionatında ikinci yeri təmin edib. “Real Madrid” ölkə çempionu olub. Son turda “Barselona” mayın 26-da səfərdə “Sevilya” ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top