Azərbaycanda bank işçilərinin sayı artıb – Son rəqəmlər


Bu ilin may ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 23 bankda 24 min 110 nəfər işçi çalışır.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 4 ay ərzində bank işçilərinin sayı 2,3% və ya 541 nəfər artıb.
Onu da qeyd edək ki, bu il ərzində ölkədə bank filiallarının sayı 475-dən 480-ə, bank şöbələrinin sayı isə 96-dan 103-ə yüksəlib.
Onu da bildirək ki, bank filialı və şöbələrinin sayına paralel olaraq onlara məxsus ATM-lərin sayı da son 4 ayda 3 min 40-dan 3 min 102-yə yüksəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top