“Milan” Pioli ilə yollarını ayırır


İtaliyanın “Milan” futbol klubu mövsüm başa çatdıqdan sonra baş məşqçi Stefano Pioli ilə yollarını ayıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Digər tərəfdən, “Milan” klubu da rəsmi olaraq Stefano Piolinin klubdakı 5 illik fəaliyyətini başa vuraraq, tezliklə ayrılacağını təsdiqləyib.
Qeyd edək ki, 58 yaşlı italiyalı mütəxəssisin rəhbərliyi altında “rossonerilər” 2022-ci ildə İtaliya çempionatının qalibi olub. O, həmçinin 2022-23 mövsümündə klubu Çempionlar Liqasının yarımfinalına çıxarıb.
32 turdan sonra "Milan" İtaliya çempionatında 69 xalla ikinci pillədə qərarlaşıb. Turnirin ilk pilləsində isə Milanın “İnter” klubu dayanıb (83 xal).
Xatırladaq ki, Piolinin “Milan”la müqaviləsi 2025-ci ilə qədərdir.

DİGƏR XƏBƏRLƏR

Top