Mbappe Madriddə 18 milyon avroluq malikanə aldı


Fransa çempionu PSJ-nin və Fransa millisinin 25 yaşlı hücumçusu Kilian Mbappe Madriddə 18 milyon avroya malikanə alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İspaniyanın “La Razon” qəzeti məlumat yayıb.
Məlumata görə, Mbappenin qonşuluğunda keçmiş “Real Madrid” futbolçusu Serxio Ramos və amerikalı aktyor Riçard Girin də evləri var.
Qeyd edək ki, Mbappe 2017-ci ilin yayından PSJ-də çıxış edir. Paytaxt komandasının tərkibində o, beşqat Fransa çempionu, üçqat ölkə kubokunun qalibi olub. Bu mövsüm forvard bütün klub yarışlarında 47 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib.
Mətbuatın yazdığına görə, forvard Fransa klubu ilə müqaviləsi bitdiyi üçün “Real Madrid”ə keçməyə qərar verib. Ancaq keçid hələ rəsmi olaraq açıqlanmayıb. Bunun 2024-cü ilin iyununda baş verəcəyi gözlənilir.
Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

DİGƏR XƏBƏRLƏR

Top