
20224-cü il üçün dünyanın ən bahalı 10 futbol klubu açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, “Forbes” jurnalına görə, dünyanın ən bahalı futbol klubu İspaniyanın yeni çempionu “Real Madrid” klubu olub.
Kral klubunun dəyəri 6,6 milyard dollar qiymətləndirilib.
Onluğa aşağıdakı klublar daxil olub:
1. “Real Madrid” (İspaniya) - 6,6 milyard dollar – (+9%);
2. “Mançester Yunayted” (İngiltərə) - 6,55 milyard dollar – (+9%);
3. “Barselona” (İspaniya) - 5,6 milyard dollar – (+2%);
4. “Liverpul” (İngiltərə) - 5,37 milyard dollar – (+2%);
5. “Mançester Siti” (İngiltərə) - 5,1 milyard dollar – (+2%);
6 “Bavariya” (Almaniya) - 5,0 milyard dollar – (+3%);
7. PSJ (Fransa) - 4,4 milyard dollar – (+4%);
8. “Tottenhem” (İngiltərə) - 3,2 milyard dollar – (+14%);
9. “Çelsi” (İngiltərə) - 3,1 milyard dollar – (+1%);
10. “Arsenal” (İngiltərə) - 2,6 milyard dollar – (+15%).
“Forbes” reytinqində yer alan futbol klublarının orta dəyəri bir il əvvəllə müqayisədə 5,1% artıb.
Tətbiqimizi yükləyə bilərsiniz