
Bu gün Bakının Yasamal rayonunun qaz təchizatında fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, mayın 24-də saat 10:00-dan Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 41/47 ünvanında qaz xəttində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
“Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Kazım Kazımzadə və Ələsgər Ələkbərov küçələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz