
“TikTok” nəşrlərin, telekanalların və digər KİV-lərin hesablarını istifadəçilərə tövsiyə etməyi dayandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdə dərc olunmuş press-relizində deyilir.
Şirkət bildirir ki, tədbir bu tip hesabların konkret mövzularda daha geniş əhali kütləsinə çatmağa çalışmasının qarşısını almaq məqsədi daşıyır.
Bununla yanaşı, sosial şəbəkə müstəqil xarici ekspertlərlə birlikdə dövlət media hesablarının qiymətləndirilməsini aparacaq.
Tətbiqimizi yükləyə bilərsiniz