Ermənistan sərhədçiləri Azərbaycanla sərhəddə mühafizəni öz üzərinə götürür


Mayın 24-dən Ermənistan sərhəd qoşunları Tavuş vilayətində sərhəd bölməsinin mühafizəsini silahlı qüvvələrin əvəzinə rəsmən öz üzərinə götürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2024-cü il iyulun 24-dək dövlət sərhədinin Kirants kəndi yaxınlığındakı 5,8 km-lik hissəsinin mühafizəsi keçid sxemi üzrə həyata keçiriləcək.
“Eyni məntiqlə mayın 24-dən etibarən Azərbaycan dövlət sərhədinin eyni hissələrinin mühafizəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən həyata keçiriləcək”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top