İran helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqladı

“iran helikopter qəzasına görə abş-dən kömək istəyib” – dövlət departamenti
İran Silahlı Qüvvələrinin Baş Qərargahı mərhum prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini dərc edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, məlumatda helikopterdə güllə zərbəsinin izlərinə rast gəlinmədiyi bildirilir.
Qeyd edilir ki, helikopter yalnız dağla toqquşduqdan sonra alovlanıb.
Qəzaya uğrayan uçuç aparatının pilotunun digər iki helikopterin pilotları ilə əlaqə saxlaya bildiyi bildirilir.
Vurğulanır ki, axtarışlar duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib və qəza yerini İrana məxsus PUA tapıb.

DİGƏR XƏBƏRLƏR

Top