Çexiya prezidenti motosiklet sürərkən xəsarət aldı


Çexiya Prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.
“Respublika prezidenti motosiklet sürərkən xəsarət alıb. Onun xəsarətləri ciddi deyil, lakin buna görə Mərkəzi Hərbi Hospitalda qısamüddətli müşahidə tələb olunur”, - məlumatda deyilir.
Sənəddə bildirilir ki, dövlət başçısının administrasiyası sonradan baş verənlərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat verəcək.

DİGƏR XƏBƏRLƏR

Top