BMT Baş Assambleyası Srebrenitsa soyqırımı ilə bağlı qətnamə qəbul etdi


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında 1995-ci ildə Srebrenitsa hadisələrinin soyqırım kimi tanınması ilə bağlı səsvermə keçirilib.
Yeniavaz.com xəbər verir ki, 84 ölkə müvafiq qətnaməni dəstəkləyib, nəticədə sənəd qəbul edilib.
19 ölkə qətnamənin əleyhinə səs verib, BMT-nin 68 üzvü isə bitərəf qalıb.
Qeyd edək ki, Almaniya, Bosniya və Herseqovina və bir sıra digər ölkələr 1995-ci ildə Srebrenitsa soyqırımı ilə bağlı Beynəlxalq Düşüncə və Anma Gününün təsis edilməsi haqqında qətnamənin lehinə səs verməyi irəli sürüb.
Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsada bir neçə gün ərzində 8000-dən çox müsəlman öldürülüb. Məsuliyyət Bosniya serblərinin üzərinə qoyulub. Haaqa Beynəlxalq Məhkəməsi Srebrenitsa hadisələrini soyqırım kimi qiymətləndirib.
Mayın 23-də təsdiqlənmiş qətnamədə Serblər günahkar kimi qeyd olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top