Qəzzada eskalasiya başlayandan bəri 29 Qızıl Aypara işçisi ölüb


Fələstin-İsrail münaqişəsində gərginliyin növbəti mərhələsi başlayandan bəri Qəzza zolağında Fələstin Qızıl Aypara Cəmiyyətinin azı 29 əməkdaşı həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cəmiyyətin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Fələstin Qızıl Aypara Cəmiyyəti işğalçı qüvvələrin Rəfahdakı evlərinə hücumu zamanı ailəsi ilə birlikdə şəhid olan könüllü psixoloq Nəcim Təbasi üçün kədərlənir. Bununla da, Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzza zolağında 7 oktyabrdan [2023 – red.] bəri ölənlərin sayı 29-a çatıb ki, onlardan 17-si öz vəzifələrini yerinə yetirərkən işğalçı qüvvələrin qurbanı olub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top