İbrahim Rəisi dəfn edildi – Yenilənib


Mayın 19-da helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərindəki İmam Rza məqbərəsində dəfn edilib.
Yeniavaz.com
xəbər verir ki, IRIB telekanalı canlı yayım aparıb.
Görüntülərdən İran şiələrinin ən mühüm ziyarətgahlarından biri olan İmam Rza Məqbərəsində yüzlərlə insanın mərhum prezidentin dəfn mərasiminə toplaşdığı görünür.

***18:09
Təyyarə qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin Məşhəd şəhərində dəfn mərasimi keçirilir.
Yeniavaz.com
xəbər verir ki, SNN telekanalı dəfn mərasimindən canlı yayım paylaşıb.
Bildirilir ki, cənubi Xorasan əyalətinin Bircənd şəhərində keçirilən vida mərasimindən sonra Rəisinin tabutu prezidentin məmləkətinə çatdırılıb.
İranlıların izdihamı Məşhəd hava limanında və Rəisinin ölümündən xeyli əvvəl dəfn olunmasını xahiş etdiyi İmam Rza məqbərəsindəki dəfn yerinə gedən küçələrdə toplaşıb. Kadrlardan görünür ki, məscid və ətrafı mərhum prezidentin xatirəsini yad etmək istəyən insanlarla doludur, çoxunun əlində Rəisinin portretləri var. İştirak edənlərin “İsrailə ölüm” və “Amerikaya ölüm” şüarlarını səsləndirdikləri qeyd edilir.
İRNA bildirir ki, Məşhəd merinin hesablamalarına görə, şəhərin küçələrində 3 milyona yaxın insan toplaşıb.

DİGƏR XƏBƏRLƏR

Top