Qriqoryan Lui Bono ilə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib


Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bono ilə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
“Tərəflər regionda vəziyyətin inkişafını müzakirə ediblər, həmçinin, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının və onun ardıcıl davam etdirilməsinin zəruriliyinə toxunublar”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, mayın 15-də sərhəddə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə, 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında sərhədin delimitasiyasına dair protokol imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top