Ukraynada son beş ildə silah idxalı 6633% artıb


Son beş ildə Ukraynaya silah idxalı 6633% artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsinin “Teleqram” kanalında məlumat verilib.
Digə tərəfdən, 2024-cü ilin fevralına olan məlumata görə, xüsusi hərbi əməliyyat başlayandan bəri ABŞ Ukraynaya 60 tranşdan çox hərbi yardım göndərib. ABŞ Konqresinin Araşdırma Xidmətinin məlumatına görə 2022 və 2023-cü maliyyə illərində Kiyevə hərbi yardım 48,7 milyard dollar təşkil edib.
Bu il aprelin sonunda Amerika Prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana silah tədarükünün bərpasına dair Konqres tərəfindən təsdiqlənmiş qanun layihələri paketini (o cümlədən Kiyev üçün 61 milyard dollar) imzalayıb. Bayden bu qanun layihələrini imzaladıqdan dərhal sonra Pentaqon Ukraynaya 1 milyard dollarlıq silah və texnika göndərdiyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top