Müəllimlərə məktəb ərazisində siqaret çəkmək qadağan edildi


Azərbaycanda təhsilverənlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, bu, yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda öz əksini tapıb.
“Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir. Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Təhsilverən dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir”, - sənəddə deyilir.

DİGƏR XƏBƏRLƏR

Top