“300-ə yaxın “Boeing” havada partlaya bilər” – “Daily Mail”


ABŞ Federal Aviasiya Administrasiyası (FAA) 300-ə yaxın “Boeing 777” təyyarəsində onların havada partlamasına səbəb ola biləcək ciddi elektrik nasazlığı aşkar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, bu təyyarələrdən bəziləri Amerikanın “United Airlines” və “American Airlines” aviaşirkətləri tərəfindən idarə olunur.
Belə ki, mart ayında FAA tərəfindən “Boeing” şirkətinə göndərilən əvvəllər dərc edilməmiş məktuba əsasən administrasiya “Boeing 777” təyyarələrində yanacaq çənlərinin yaxınlığında elektrostatik boşalma riski müəyyən edib ki, bu da çənin alışmasına və təyyarənin partlamasına səbəb ola bilər.
Mənbə həmçinin, bu seriyadan 292 təyyarə mövcud olduğunu və bu təyyarələrdəki nasazlığın aradan qaldırılmasının şirkətə hissələrin dəyəri istisna olmaqla, 698 min dollara başa gələcəyini bildirib.
Qeyd edək ki, “Boeing” geniş çeşiddə mülki və hərbi təyyarələr istehsal edir və kosmik proqramlar hazırlayır. “Boeing”in iki böyük bölməsi var - mülki təyyarələr istehsal edən “Boeing Commercial Airplanes” və kosmik və hərbi proqramlar həyata keçirən “Integrated Defense Systems”.

DİGƏR XƏBƏRLƏR

Top