Norveç rusiyalı turistlərin ölkəyə girişini qadağan edir


Mayın 29-dan Norveç turizm məqsədilə ölkəyə gələn rusların ölkəyə girişini qadağan edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında dərc olunan məlumatda qeyd edilib.
“Norveç hökuməti ölkəyə turizm məqsədi ilə gələn Rusiya vətəndaşlarının Norveçə girişinə əlavə məhdudiyyətlər qoyacaq”, - deyə məlumatda bildirilib.
Ancaq məhdudiyyətlərdə müəyyən istisnalar da olacaq. Belə ki, Norveçdə yaşayan yaxın qohumlarını ziyarət etmək, həmçinin, Norveçdə və ya digər Şengen ölkələrində işləmək və ya təhsil almaq məqsədi ilə ölkəyə gələn Rusiya vətəndaşları üçün istisnalar nəzərdə tutulacaq.

DİGƏR XƏBƏRLƏR

Top