Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketində 100-dən çox şəxsi qara siyahıya salacaq – FT


Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketi çərçivəsində 100-dən çox əlavə şəxsi qara siyahıya salmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər ukraynalıların işğal olunmuş ərazilərdən deportasiyasında və silah istehsalında iştirak etdiyi iddia edilən şəxslərə təsir edəcək.
Qəzet yazır ki, yeni məhdudlaşdırıcı tədbirlər əsasən Rusiyaya qarşı əvvəlki sanksiyalardan yayınmağa yönələcək.

DİGƏR XƏBƏRLƏR

Top