![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/9/23/1/56930674-3b62-4042-9574-0afb8a913a85/neft-dollar-qiymet.jpg)
Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Yeniavaz.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,69 dollar, yaxud 0,82 % azalaraq 83,54 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.