
İsrail ordusu Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı 3 hərbşinin öldüyünü bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 33 yaşlı baş çavuş, 22 yaşlı kapitan və 21 yaşlı çavuş çərşənbə günü Fələstinin şimalındakı anklavda gedən döyüşlərdə həlak olub.
Son məlumatları nəzərə alsaq, Qəzzaya qurudan hücum başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı 282-yə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni raundu zamanı hərbi itkilərin ümumi sayı isə 634 olub.
Tətbiqimizi yükləyə bilərsiniz