İsrail ordusunun Cenin əməliyyatında 12 nəfər həlak olub – KİV


İsrail Müdafiə Qüvvələrinin Cenin şəhərində və İordan çayının qərb sahilindəki eyni adlı qaçqın düşərgəsində keçirdiyi əməliyyat nəticəsində ən azı 12 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, iki günlük əməliyyatdan sonra ordu hissələri artıq Cenini tərk edib.
Bir neçə gün əvvəl İsrail hərbçiləri bölgədə radikal fəaliyyət və terror infrastrukturunun mövcudluğuna işarə edən kəşfiyyat məlumatları aldıqlarını bildirərək Cenində əməliyyat elan etmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top