“Leverkuzen”in 51 oyunluq məğlubiyyətsizlik seriyası finalda başa çatdı – Video


Berqamonun “Atalanta”sı ilk Avropa çempionluğunu qazanıb.
Yeniavaz.com
xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində baş tutan Avropa Liqasının finalında İtaliya yığması Almaniyanın yeni çempionu “Bayer Leverkuzen”lə mübarizə aparıb.
İlk hissədə italiyalı Gian Piero Qasperininin rəhbərlik etdiyi komandanın heyətində nigeriyalı hücumçu Ademola Lukman 12-ci və 26-cı dəqiqələrdə fərqlənib. 75-ci dəqiqədə Lukman het-trik edib və Avropa Liqası finallarında bunu bacaran tarixdəki ilk futbolçu olub.
1963-cü ildə əldə etdiyi İtaliya kubokundan sonra “Atalanta” tarixində ikinci titulunu qazanıb.
Xabi Alonsonun rəhbərlik etdiyi Almaniya təmsilçisi isə mövsümdə ilk məğlubiyyətini alıb. Leverkuzenlilər bu mövsüm bütün turnirlər daxil olmaqla 51 oyun idi ki, uduzmurdu.

DİGƏR XƏBƏRLƏR

Top