Paşinyan etirazlar fonunda kilsəni təsir agenti adlandırdı


Ermənistanın Baş naziri Nikol Paşinyan arxiyepiskop Baqratın rəhbərlik etdiyi “Vətən adına Tavuş” müxalifət hərəkatının mitinqləri fonunda bildirib ki, Erməni Apostol Kilsəsi tarixən təsir agenti olub.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan bunu parlamentdəki çıxışı zamanı deyib.
“Erməni xalqı ruhanilərin Qeysəriyyəyə (Bizansda erkən orta əsrlərdə erməni katolikozlarının xeyir-dua aldıqları şəhər – red.) gedib məsh edildiyi, Ermənistana gələndə isə təsir agentinə çevrildiyi bir təcrübə yaşayıb. Onlar təsir agenti olublar, deyəsən, indiyə qədər onlar üçün heç nə dəyişməyib, amma biz bu məsələni iki-üç aya həll edəcəyik”, - Baş nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top