“Aİ İrana qarşı sanksiyalar siyahısını genişləndirəcək” – “Reuters”


Aİ ölkələri 10 hüquqi və fiziki şəxsin İrana qarşı sanksiyalar siyahısına daxil edilməsinə razılıq verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” məlumat yayıb.
Bildirilir ki, bu qərar İranın Yaxın Şərqdəki silahlı hərəkətləri, Qırmızı dəniz regionunda iğtişaşlarda iştirakı və Rusiyanın Ukraynadakı münaqişəyə dəstəyi ilə bağlıdır.
Sanksiyaların tətbiqinin dəqiq tarixi barədə məlumat verilmir.
Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri aprelin 22-də Avropa İttifaqı Şurasının iclasının yekunları üzrə bildirib ki, assosiasiya ölkələri İranın raket və dron istehsalçılarına qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı siyasi razılıq əldə ediblər. Bu qərar Aİ Şurası tərəfindən rəsmiləşdirildikdən sonra Brüssel Tehrana qarşı yeni sanksiyalar tətbiq edə biləcək.

DİGƏR XƏBƏRLƏR

Top