“Ukraynanın Rusiya ərazisinə dərin zərbələr endirmək üçün vasitələri var” – ABŞ


“Vaşinqton hesab edir ki, Kiyevin Rusiya ərazisinə dərindən zərbələr endirmək imkanı var”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun Vaşinqtonda keçirilən Atlantika Şurasında çıxışında deyib.
Ondan ABŞ-nin Ukrayna hərbçilərinin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarının müəyyən növlərindən istifadəsinə dair məhdudiyyətləri hansı şərtlərlə aradan qaldıracağı soruşulub.
“Biz çalışırıq ki, Ukrayna özünü müdafiə etmək, diqqəti yaxın döyüşə yönəltmək, təkcə bizim təmin etdiyimizdən deyil, həm də özünümüdafiə üçün başqalarının təmin etdiyindən istifadə edərək döyüş meydanındakı vəziyyətə təsir etmək qabiliyyətinə malik olsun”.
Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə dərin zərbələr endirmək imkanlarından danışan Braun qeyd edib ki, bunun üçün Amerikaya məxsus olmayan vasitələr var:
“Gördünüz ki, onlar Rusiyaya zərbə endiriblər, biz bununla bağlı dialoqu davam etdirəcəyik”, - deyə general əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top