Millimiz tarixi nəticəyə imza atdı


Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
Bildirilir ki, millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixi nəticəyə imza atıb.
Belə ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub.
İkinci yerdə 138 xalla Gürcüstan, üçüncü yerdə isə 135 xalla Türkiyə olub.
Xatırladaq ki, komandamızın tərkibində Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl; Nihad Quluzadə (60 kq) gümüş: Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top