“Fələstin dövlətinin tanınması terrorun mükafatıdır”


“Fələstin dövlətinin İrlandiya, İspaniya və Norveç tərəfindən tanınması fələstinli radikallar üçün yalnız terrorun mükafatı olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətdə deyib.
O qeyd edib ki, İsrail öz yaxınlığında belə bir dövlətin yaradılmasına imkan verməyəcək:
“Bir sıra Avropa ölkələrinin Fələstin dövlətini tanımaq niyyəti terrorun mükafatıdır. Yəhudeya və Samariyada (İsrailin İordan çayının qərb sahili üçün adı – red.) fələstinlilərin 80%-i oktyabrın 7-də baş vermiş dəhşətli qırğını dəstəkləyir. Bu pisliyə dövlət vermək olmaz”.
Netanyahunun sözlərinə görə, potensial müstəqil Fələstin terrorçu dövlət olacaq:
“Onlar 7 oktyabr qırğınını təkrar etməyə çalışacaq və biz buna razı olmayacağıq, terrorizmin mükafatı sülh gətirməyəcək və HƏMAS-ı məğlub etməyimizə mane olmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top