Paşinyan parlamentdə delimitasiya aparıldığı xəritəni göstərdi


Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı Azərbaycanla sərhədin delimitasiyası prosesinin aparıldığı xəritəni göstərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Paşinyan deyib ki, o, Tavuşda güzəştlər barədə ittihamları qəbuledilməz və məntiqsiz hesab edir, çünki mövcud dövlət sərhədi de-yure bərpa olunur:
“Mən bunu uğur hesab edərdim, çünki Ermənistan öz tarixində ilk dəfə danışıqlar yolu ilə sərhəd yaradır, suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur”.
Qeyd edilir ki, Paşinyan parlamentdə Sovet Baş Qərargahının istifadə etdiyi və SSRİ-nin müvafiq geodeziya xidmətləri tərəfindən təsdiq edilmiş 1976-cı il xəritəsinin surətini göstərib. Xəritə Ermənistan və Azərbaycan SSR arasında 1969-cu ildə təsdiq edilmiş sərhədlər əsasında tərtib edilib.
“Bu kartların müstəqilliyimizin və suverenliyimizin daha da möhkəmləndirilməsində çox mühüm rolu var”, - Paşinyan bildirib.
Baş nazir onu da qeyd edib ki, Ermənistanda uzunmüddətli, diqqətli iş nəticəsində bu xəritələr əsasında ölkə sərhədlərinin bütün perimetri yenidən çəkilib.

DİGƏR XƏBƏRLƏR

Top