Baydenin reytinqi iki ilin ən aşağı səviyyəsinə endi


ABŞ Prezidenti Co Baydenin amerikalılar arasında populyarlığı 36%-ə düşüb.
Yeniavaz.com
“Reuters” və “İpsos”un keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər verir ki, bu son iki ilin ən aşağı göstəricisidir.
Təqdim olunan məlumatlara görə, Amerika liderinin reytinqi sonuncu dəfə 2022-ci ilin iyulunda belə aşağı səviyyədə olub. Bu ilin aprelində respondentlərin 38%-i Baydenin işini müsbət qiymətləndirib.
Sorğu iştirakçılarının 23%-i ABŞ-də iqtisadiyyatın vəziyyətini ən ciddi problem hesab etdiklərini qeyd edib. 21% əsasən siyasi ekstremizm problemindən, 13% ABŞ-yə qanunsuz miqrasiyadan narahatdır.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top