“Real Madrid” Mbappeni Paris Olimpiadasına buraxmadı


Madridin “Real” klubu fransalı hücumçu Kilian Mbappeni 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının futbol turnirində iştirak etməyə icazə verməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb .
Məlumata görə, klub rəhbərliyi 25 yaşlı fransalı futbolçunun ölkə çempionatının avqust matçlarında istifadə edəcəyini əsas gətirərək, onun Olimpiya Oyunlarına buraxılması xahişini rədd edib.
Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Əvvəllər o, yetirməsi olduğu “Monako”nun rənglərini qoruyub. Mətbuatın yazdığına görə, forvard Fransa klubu ilə müqaviləsi bitdiyi üçün “Real Madrid”ə keçməyə qərar verib.
Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. Artıq internetdə "Santyaqo Bernabeu"da fransız forvardın təsviri olan şərflər satılmağa başlayıb. Ancaq keçid hələ rəsmi olaraq açıqlanmayıb. Bunun 2024-cü ilin iyununda baş verəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top