Tehranda Rəisi və digərləri ilə vida mərasimi keçirilir


Tehranda helikopter qəzasında dünyasını dəyişən İran Prezidenti İbrahim Rəisi və digərləri ilə vida mərasimi keçirilir.
Yeniavaz.com
xəbər verir ki, vida mərasimi ölkənin bir çox aparıcı KİV-ləri tərəfindən canlı yayımlanır.
Mərasimdə İranın ruhani lideri Ayətullah Əli Xamenei, prezident səlahiyyətlərini icra edən Məhəmməd Möhbər, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri də iştirak edir.
Hazırda İran paytaxtının küçələri qəza qurbanları ilə vidalaşmağa gələn minlərlə insanla doludur.
Qeyd edək ki, Rəisi mayın 23-də doğulduğu Məşhəd şəhərində, dəfn olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top