“Tramp-Bayden debatına ev sahibliyi etməyə hazıram” – Mask


Amerikalı sahibkar və iş adamı İlon Mask Amerika prezidentliyinə müstəqil namizəd kiçik Robert Kennedinin iştirakı ilə ABŞ-nin keçmiş prezidenti Donald Tramp və hazırkı dövlət başçısı Co Bayden arasında debat keçirməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Əlbəttə, niyə də yox”, - deyə Mask Kennedinin adı çəkilən üç siyasətçi arasında debata ev sahibliyi etməyə hazır olub-olmadığı ilə bağlı sualına cavab olaraq bildirib.

DİGƏR XƏBƏRLƏR

Top