
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması nəticəsində həlak olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə axşamı Tehranda Şah Əbdül-Əzim məscidində dəfn ediləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, dünyasını dəyişən xarici işlər naziri ilə vida mərasimi mayın 23-də Tehranın Xarici İşlər Nazirliyinin qarşısındakı meydanda yerli vaxtla saat 09:00-da keçiriləcək. Dəfn mərasimi isə həmin gün yerli vaxtla saat 11:00-da Şah Əbdül-Əzim məscidində baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz