
“Qərb ölkələri İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın helikopter qəzasında həlak olmasından sonra Tehranla münasibətlərdə artan qeyri-sabitlik dövrünə hazırlaşır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ və Avropa ölkələrinin adlarını açıqlamayan rəsmilərinə istinadən yazıb.
Bildirilir ki, mənbələr Tehrandan xarici siyasətdə böyük dəyişikliklər gözləmirlər, lakin yeni prezidenti seçməli olacaq ölkə ilə münasibətlərdə qeyri-sabitliyin artmasına hazırdırlar.
Onların fikrincə, Tehran Moskva və Pekinlə münasibətləri dərinləşdirməyə, Fələstinin radikal HƏMAS hərəkatını dəstəkləməyə və nüvə proqramını inkişaf etdirməyə davam edəcək.
Nəşrin həmsöhbətlərinin fikrincə, qarşıdan gələn seçkilər İrana regionda daha sərt mövqe tutmaq imkanı verə bilər. Qeyd olunur ki, ABŞ-də prezidentlik yarışı və bu ölkədə mümkün hakimiyyət dəyişikliyi İranın lideri və ruhani lideri Ayətullah Əli Xamenei tərəfindən də Tehranın mövqelərini gücləndirmək şansı kimi qiymətləndirilə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz