
Maurisio Poçettino “Çelsi”nin baş məşqçi postunu tərk edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Poçettino ötən ilin mayında bu posta təyin edilib. Mütəxəssislə müqavilə 2025-ci ilə qədər qüvvədə idi.
Argentinalı mütəxəssis London komandasının rəhbərliyinə klubun bir hissəsi olmaq fürsətinə görə təşəkkür edib.
Tətbiqimizi yükləyə bilərsiniz