Londondan Sinqapura uçan təyyarə turbulentliyə düşdü – 71 nəfər xəsarət aldı


Sinqapur Hava Yollarına məxsus təyyarə güclü turbulentlik səbəbindən Banqkokun Suvannabhum hava limanına məcburi eniş edib.
Yeniavaz.com
“Khaosod”a istinadən xəbər verir ki, 71 nəfər xəsarət alıb.
Nəşrin məlumatına görə, altı nəfərin vəziyyəti ağırdır.
Hava limanının direktorunun verdiyi məlumata görə, hadisə nəticəsində 73 yaşlı britaniyalı dünyasını dəyişib.
Qeyd edək ki, uçuş zamanı təyyarə güclü turbulentlik zonasında olub. Boeing 777-300 Londondan Sinqapura uçurdu. Təyyarədə 18 ekipaj üzvü və 221 sərnişin olub. Sərnişinlər əsasən Avstraliya, Böyük Britaniya və Sinqapur vətəndaşları olub.

DİGƏR XƏBƏRLƏR

Top