
“Mayın 19-na keçən gecə Ukrayna hərbçiləri ilhaq edilmiş Sevastopola hücum zamanı kiçik raket gəmisi “Siklon”u vurublar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında deyilir.
Departament gəminin məhv edildiyini və ya sadəcə zədələndiyini dəqiqləşdirmir.
Qeyd edək ki, ötən gün Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk ehtimal edib ki, gəmi məhv edilib. Onun sözlərinə görə, bu məlumatın təsdiqi o demək olacaq ki, Krımda bir dənə də olsun qanadlı raketlərin yerüstü daşıyıcısı qalmayıb.
Rusiyanın “Dosye şpiona” adlı anonim teleqram kanalı “Siklon”un iki ATACMS raketi ilə vurulduğunu yazıb. Daha sonra “Astra”nın Sevastopol fövqəladə hallar xidmətindəki mənbələri kiçik raket gəmisinin dayandığı estakadaya üç raketin düşdüyünü bildirib. Nəşrin məlumatına görə, “Siklon” hücum nəticəsində batıb.
Rusiya hakimiyyəti Ukrayna hərbçilərinin bəyanatlarını şərh etməyib.
Tətbiqimizi yükləyə bilərsiniz