Kadırovun oğlu nazir təyin edildi


Çeçenistan rəhbərinin oğlu Axmat Kadırov bölgənin bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə respublikanın başçısı Ramzan Kadırov teleqram kanalında məlumat yayıb.
“Axmat Kadırov Çeçenistanın bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib, əvvəllər bu vəzifəni icra edən İsa İbrahimov respublika başçısı və hökuməti administrasiyası rəhbərinin müavini vəzifəsinə keçirilib”, - Kadırov yazıb.
Bundan əlavə bildirilir ki, Ramzan Vismuradov Gənclərlə İş Nazirliyinə, Temirlan Xuçiyev isə respublikanın sənaye və energetika naziri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ramzan Kadırovun 19 yaşlı oğlu fevralda Çeçenistanın gənclərlə iş üzrə naziri təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top