
Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşçimiz Xasay Həsənli qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, 77 kiloqram çəki ilə çıxış edən idmançı finalda türkiyəli Yüksel Sarıçiçekə 10:1 hesabıyla qalib gələrək Avropa çempionu olub.
***19:08
Yunan-Roma güləşçimiz Ziya Babaşov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, 63 kiloqram çəki ilə çıxış edən Babaşov finalda moldovalı Vitali Yeriomemkoya 3:2 hesabıyla qalib gələrək Avropa çempionu olub.